Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:40

Kreml Rusiya muzdluları barədə ‘heç nə bilmədiyini’ deyir


Vladimir Putin (solda) və onun sözçüsü Dmitry Peskov
Vladimir Putin (solda) və onun sözçüsü Dmitry Peskov

İyulun 30-da Kremldə ilk dəfə olaraq Belarusda saxlanmış Rusiya vətəndaşları barədə şərh veriblər.

Rəsmi Minsk 33 Rusiya vətəndaşının Rusiyadakı Vagner özəl hərbi şirkətinin muzdlu döyüşçüləri olduğunu və onların terror şübhəlisi kimi saxlandıqlarını bəyan etmişdi.

Rusiyalıları iyulun 29-da Minsk yaxınlığındakı sanatoriyada saxlayıblar.

Rusiya prezidentinin sözçüsü Dmitry Peskov iyulun 30-da bildirib ki, o hələki baş verənlərlə bağlı tam informasiyaya malik deyil.

O qeyd edib ki, vəziyyətə tezliklə rəsmi kanallarla aydınlıq gətiriləcək.

Bununla belə o prezident Vladimir Putinin rusiyalıların saxlanması ilə bağlı Alyaksandr Lukashenka-ya zəng edəcəyini istisna etdiyini bildirib.

Onlar Rusiya vətəndaşlarıdır

Peskovun sözlərinə görə, Kremldə 33 Rusiya vətəndaşının saxlandığı və daha 200 nəfərin axtarışda olduğu barədə bilirlər.

O bunu da deyib ki, Rusiya tərəfində sözü gedən şəxslərin qanunazidd hərəkətləri barədə heç bir məlumat yoxdur.

Peskov deyib ki, Kreml həbs edilənlərdən bir qisminin əvvəllər Ukraynada hökumət qoşunlarına qarşı döyüşdüklərinə dair informasiyanı nəzərə alacaq.

Lakin o eyni zamanda deyib ki, Rusiya saxlananlardan bəzilərinin Ukrayna vətəndaşlığını “tanınmır”. Peskov onların Rusiya vətəndaşları olduqlarını deyib.

O bəyan edib ki, bu adamlar əvvəllər döyüş əməliyyatlarında iştirakda təqsirləndirilməyiblər.

Putinin sözçüsü bildirib ki, Kremldə rusiyalıların Belarusda nə etdiklərini bilmirlər.

O əlavə edib ki, belaruslar və ruslar bir-birlərinə sərbəst qonaq gedirlər.

Peskov bir az lağlağı, bir az da hədə ilə danışıb

Peskovun sözlərinə görə Rusiyada çox sayda, həm də bənzər geyimdə gəzən və özlərini qeyri-adi aparan, yəni spirtli içkilər içməyən belarus kişi var.

Müxbirlər Peskovun bu sözlərlə Belarus tərəfinə lağ etdiyini deyirlər, çünki Minskin rəsmi məlumatında saxlanan rusiyalılar barədə məhz bu ifadələr işlədilmişdi.

Vladimir Putinin sözçüsü bunu da deyib ki, ona Vagner özəl hərbi şirkəti barədə heç nə məlum deyil, çünki Rusiyada özəl hərbi şirkətlər yoxdur.

Rusiyalıların saxlanması ilə bağlı bundan əvvəl bəyanat verən Ukrayna Xarici İşlər Nazirliyi bildirmişdi ki, Kiyev Minskdən Donbasda hökumətə qarşı döyüşənlərin ekstradisiyasını rica edə bilər.

Belarusda avqustun 9-da prezident seçkisi keçirilməlidir. Belarusun Milli Təhlükəsizlik Şurası bildirib ki, ölkə ərazisində Vagner qrupu döyüşçülərinin olması prezident seçkisinə müdaxilə niyyəti ilə bağlıldır.

Peskov bildirib ki, Rusiyanın Belarusun seçkisinə qarışmaq niyyəti yoxdur.

XS
SM
MD
LG