Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:13

Liviyada Rusiya muzdlularının sayı getdikcə artır


Khalifa Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu
Khalifa Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu

Rusiya son ayyarımda Liviyaya 200-dək muzdlu və bir neçə snayper göndərib.

Bunu “New York Times” qəzeti yüksək səlahiyyətli Liviya məmurları və qərb diplomatlarına istinadla yazır.

Mənbənin yazdığına görə, Liviyadakı snayperlər Rusiyanın özəl “ÇVK Vaqnera” şirkətinə məxsusdurlar.

Artıq bir neçə ildir ki, Liviyada hərbi əməliyyatlar gedir. Amma Rusiya bu münaqişədə rəsmi şəkildə iştirak eləmir.

Rusiyanın muzdlu qüvvələri paytaxt Tripolini mühasirəyə almış general Khalifa Haftarın ordusuna hərbi dəstək göstərirlər.

Şəhərin özü hazırda beynəlxalq aləm tərəfindən tanınan Liviya hpkumətinin nəzarətindədir.

Liviya hökumətini isə ABŞ və Türkiyənin rəhbərlik etdiyi Qərb koalisiyası dəstəkləyir.

“The Telegraph” da bu ilin martında, Rusiyanın Liviyada azı 300 muzdlu qüvvəsi olduğunu yazmışdı.

Ötən ilin noyabrında Moskvada Rusiyanın müdafiə naziri Sergei Shoygu ilə general Haftar arasında keçirilən görüşdə rusiyalı iş adamı Evgeni Prigojin də iştirak etmişdi.

Prigojini “ÇVK Vaqnera” şirkəti ilə bağlayırlar.

XS
SM
MD
LG