Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Lavrov: «Çağırmasalar gəlməzdik»


Suriya qiyamçıları Rusiya təyyarələri tərəfindən vurulduqlarını deyirlər, Rusiya isə Suriyadakı hava zərbələrini müdafiə edib.

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bəyan edib ki, Rusiya təyyarələri ABŞ koalisiyasının hədəflədiyi “terrorçuları” vururlar.

Cənab Lavrov Rusiya aviasiyasının əsas məqsədinin prezident Assad-ı gücləndirmək olduğunu inkar edib.

Suriya müxalifətinin nəzarətində olan Homs əyaləti bombalanıb
Suriya müxalifətinin nəzarətində olan Homs əyaləti bombalanıb

Lakin ABŞ rəsmiləri Rusiya təyyarələrinin Qərb tərəfindən dəstəklənən Suriya müxalifətinin mövqelərinə zərbələr endirdiyini bildirirlər. Onlar hətta ABŞ-ın müxalifət üçün yaratdığı təlim düşərgəsinin vurulduğunu bildiriblər.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, əgər Rusiya həqiqətən də İslam Dövləti adlanan təşkilatla döyüşmək niyyətindədrisə, koalisiyaya töhfə verməlidir.

Rusiyanın Müdafiə Nazirliyi beş məntəqəyə və İD qruplaşmasıənın Cisr əl-Şüğur komanda postunaraket zərbələrinin endirildiyini bildirib.

“Və başqa terrorçular”a zərbələr

Moskva bəyan edir ki, bu münaqişədə Suriya hökumətinin ricası ilə iştirak edir və ölkənin böyük ərazilərini ələ keçirmiş İD və “başqa terrorçu qruplaşmalara” zərbələr endirir.

ABŞ rəsmiləri bunun tam əksini iddia edirlər. Onlar deyirlər ki, Rusiya prezident Assad-a qarşı döyüşənləri təqib edir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov öz növbəsində bu iddiaları rədd edib və Nyu Yorkda etdiyi çıxışda Rusiya təyyarələrinin yalnız əl-Qaedaya bağlı Nüsrə Cəbhəsinin mövqelərini bombardman etdiyini söyləyib.

“Biz öz xalqına qarşı vuruşan heç kəsi dəstəkləmirik, - deyib Lavrov, - Biz terrorla döyüşürük”.

Müxalif Azad Suriya Ordusuna gəlincə isə, Lavrov deyib ki, bu qruplaşma müxalifətdirsə, siyasi prosesdə iştirak etməlidir.

Lavrov-un ritorikası

“Biz nəzakətli adamlarıq, dəvət olunmasaq, gəlmirik” – deyib Lavrov.

Rusiya xarici işlər naziri Moskvanın İraqdakı mövqelərə də zərbə endirəcəyi barədə iddiaları qətiyyətlə inkar edib.

Putinin indi dırmaşdığı ağacdan düşə bilməsi” üçün yeganə çarəsi ABŞ və Qərblə birlikdə Suriyadakı münaqişəyə siyasi həll yolu tapmaq olacaq"

Bir sıra təhliçilər bildirirlər ki, vəziyyət kifayət qədər birmənalıdır. Rusiya Assad-a qarşı olan bütün qüvvələri, ABŞ və Qərb tərəfindən dəstəklənənlər də daxil olmaqla, hədəf elan edib.

Rusiya dövlət televiziyası bu qruplaşmaları artıq terrorçu elan edib.

ABŞ analitikləri deyirlər ki, belə bir vəziyyətdə Qərblə Rusiya arasında raket zərbələrinin heç bir əlaqələndirilməsindən söhbət gedə bilməz.

Daha cəsarətli təhlilçilər ümumiyyətlə, ABŞ və Qərbin bu münaqişəyə indi olduğundan daha artıq qarışmayacağını proqnozlaşdırırlar.

Rusiya üçün daha bir Əfqanıstan?

Politico jurnalı yazır ki, Rusiya az-çox döyüş qabiliyyəti olan Assad ordusu ilə müttəfiqdir və təəssüf ki, Qərbin Suriya müxalifətinə dəstəyi indiyədək səmərəsiz olub.

Rusiya dövlət telekanalları bəzən zərbələri canlı yayınlayır
Rusiya dövlət telekanalları bəzən zərbələri canlı yayınlayır

Tufts Universitetinin professoru Daniel Drezner deyir ki, hazırkı vəziyyətdə Rusiya Suriyada ən güclü xarici oyunçudur.

Lakin professor Drezner tələsməməyə çağırır. O deyir ki, Rusiyanın Suriyada sabitliyi bərpa edəcəyini indidən bilmək olmaz.

"Putinin dırmaşdığı ağac"

Təhlilçilər bildirirlər ki, Qərb Suriyadan çəkilərsə, Rusiya başqa regional oyunçular, o cümlədən Türkiyə, Səudiyyə və bütün sünnilərlə təkbətək qalacaq.

“The New York Times” qəzetinin sütun yazarı Thomas Friedman bildirir ki, “Putinin indi dırmaşdığı ağacdan düşə bilməsi” üçün yeganə çarəsi ABŞ və Qərblə birlikdə Suriyadakı münaqişəyə siyasi həll yolu tapmaq olacaq. Bu isə, bütün hallarda Assad-ın getməsi deməkdir.

Bir çox təhlilçilər bildirirlər ki, əks halda Putin Rusiya üçün ikinci Əfqanıstanı əldə etmiş olacaq.

XS
SM
MD
LG