Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:21

Rusiya Suriyadakı dəniz bazasına 500 milyon dollar xərcləyəcək


Rusiya sualtı gəmiləri Tartus portunda
Rusiya sualtı gəmiləri Tartus portunda

Rusiya Suriyadakı Tartus portunun modernləşdirilməsinə 500 milyon dollar xərcləməyi planlaşdırır.

Bu barədə məlumatı Rusiya baş nazirinin müdafiə sənayesi kompleksi üzrə müavini Yury Borisov verib.

O deyib ki, yaxın illərdə bu pula daha bir port tikiləcək.

İki il bundan əvvəl Rusiya və Suriya arasında imzalanmış saziş Tartusun 49 il ərzində Rusiya hərbi dəniz donanması üçün maddi-texniki baza rolunu oynamasını nəzərdə tutur.

Bu ilin sentyabrında artıq bu portda gəmi təmiri mərkəzi açılıb. Port modernləşdirildikdən sonra burada nüvə enerji qurğuları olan kreyserlər də daxil eyni vaxtda 11 gəmi yerləşə biləcək.

Dekabrın 12-də ABŞ Senatının Xarici İşlər Komitəsi Suriyadakı fəaliyyəti ilə bağlı Rusiya üzərinə qoyulmuş sanksiyaların gücləndirilməsi üçün qanun layihələrinin paketini bəyənib.

Bu sənəd “Suriyaya bilərəkdən silah ixrac edən, silah alınması məqsədilə əhəmiyyətli maliyyə yardımı və maddi-texniki dəstək verən Rusiya şirkətlərinin və rusiyalıların sanksiya siyasına salınmasını nəzərdə tutur.

Bu qanun layihələri ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edildikdən və prezident Donald Trump tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

XS
SM
MD
LG