Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

Rusiya Deutsche Welle radiosunu etirazlara çağırışda ittiham edir


Avqustun 8-də Rusiya XİN Almaniyanın bu ölkədəki müvəqqəti işlər müvəkkili ilə söhbətində Deutsche Welle radiosunun sosial media platformalarında moskvalıları icazəsiz kütləvi aksiyalarda iştiraka çağırdığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu cür hərəkətlər “peşəkar jurnalistikanın normaları ilə ziddiyyət təşkil edir və Rusiyanln daxili işlərinə qarışılması kimi qiymətləndirilməlidir”.

Rusiya tərəfi bunu da bəyan edib ki, belə hərəkətlərin təkrar olunduğu təqdirdə Moskva bu hadisəyə “ölkə qanunlarına müvafiq şəkildə reaksiya göstərmək hüququnu özündə saxlayır”.

Bundan əvvəl Rusiya XİN-in sözçüsü Maria Zakharova Rossia 1 telekanalına demişdi ki, Rusiya XİN Moskvada 3 avqust hadisələrinin işıqlandırılması ilə bağlı ABŞ və Almaniya rəsmilərinə rəsmi etiraz göndərəcək.

Zakharova öz bəyanatında Deutsche Welle (Alman dalğası) radiosunun adını çəkmişdi.

Bundan əvvəl Almaniya mediakorporasiyası Zakharova-nın ittihamlarını rədd edərək bildirmişdi ki, onun heç bir məqalə və ya reportajında Rusiyada keçirilən etiraz aksiyalarında iştiraka birbaşa çağırışlar edilməyib.

DW radiosunun mətbuat katibi Cristoph Umpelt deyib ki, korporasiya Zakahrova-nın bəyanatının Deutsche Welle radiosunun əməkdaşı Sergey Dikin saxlanması ilə əlaqəli olduğunu düşünür.

Müxbir iyulun 27-də Moskvada saxlanıb. Onun azad edilməsinə dair radionun tələbinə cavab olaraq Rusiya XİN bildirmişdi ki, Deutsche Welle radiosunun əməkdaşlarına jurnalist kimi baxıla bilməz, beləki onlar qanunsuz hərəkətlərin bilavasitə iştirakçısı olublar.

Rusiya XİN-in aksiyalarda iştiraka çağırış deyərkən nəyi nəzərdə tutduğu məlum deyil.

Deutsche Welle radiosunun rus redaksiyasının Facebook səhifəsində mitinqlər barədə məqalə və reportajlara istinadlar var. Bu materiallarda Moskvanın hakimiyyət orqanlarının və hüquq-mühafizə təşkilatlarının hərəkətləri tənqid olunur, lakin aksiyalarda iştiraka birbaşa çağırış yoxdur.

Deutsche Welle korporasiyasının baş direktoru Peter Limburg deyib ki, Rusiya XİN-in reaksiyası qeyri-məqbuldur:

“Əgər etirazlar haqqında məlumat verən bütün jurnalistlər ucdantutma etiraz iştirakçısı elan edilirsə və sonradan onlar hətta həbs olunursa, bu, nəinki mətbuat azadlığının açıq şəkildə pozulmasıdır və hətta polis dövlətinin aləti kimi qiymətləndirilə bilər”.

XS
SM
MD
LG