Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:23

Binaları qəzalıdır, həm də hər ay 'evpulu' verirlər


Sabunçu rayonu, Yusif Qasımov küçəsindəki 39 saylı bina
Sabunçu rayonu, Yusif Qasımov küçəsindəki 39 saylı bina

"Mənzillərimiz qəzalı vəziyyətdədir. Divarlarda dərin çatlar, döşəmələr adamın ayağının altından qaçır, tavan dağılıb. Bununla belə, icra hakimiyyəti hər ay hər evdən adambaşına 2 manatdan yığır".

“NƏ VAXTSA KÖÇÜRÜLMƏ OLACAQ”

Bunu AzadlıqRadiosu-na Sabunçu rayonu, Yusif Qasımov küçəsindəki 39 saylı binada yaşayan İmran Rzayev deyir.

Buna da bax:​ Balakənd sakini: 'İş yox, sosial yardım yox, təqaüd suya çatmır'

Bu bina ikimərtəbəlidir və 8 ailə yaşayır. Sakinlərin sözlərinə görə, 150 yaşı olan qəzalı binada yaşamaq hər an həyatları üçün təhlükəlidir. Hətta bunu binaya dəfələrlə baxış keçirən aidiyyəti üzrə rəsmi qurumların nümayəndələri də sakinlərə açıq şəkildə bildiriblər. İmran Rzayev:

"Özləri də xəbərdarlıq ediblər ki, binadan nə vaxtsa köçürülmə olacaq, ancaq həmin gün nə vaxt yetişəcək, onu dəqiq deyən yoxdur. İş orasındadır ki, bu evlərdə onsuz da canımızı dişimizə tutub yaşayırıq, hər gün daş-kəsək altında qalacağı anı həyəcanla gözləyən sakinlərdən üstəlik də evpulu yığılır".

Buna da bax:​ Bir kənd var – Təngivan...

“ÖDƏNİŞLƏR QANUNİDİR”

Binadakı kommunal xətlər də çoxdan sıradan çıxıb. İşıq kabelləri çürük-çürükdür. Əsasən qışda istilik cihazlarından istifadə zamanı qısaqapanmalar olur və sakinlər yanğın təhlükəsiylə üz-üzə qalırlar.

Sabunçu rayonu, Yusif Qasımov küçəsindəki 39 saylı bina
Sabunçu rayonu, Yusif Qasımov küçəsindəki 39 saylı bina

Bu ünvanda yaşayanlardan ev pulunu 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi yığır. İdarədən "Qaynar xətt"ə cavab verilməyib. Sabunçu rayon icra hakimiyyətindən isə bildirilib ki, kommunal xidməti kimi yığılan ödənişlər qanunidir: "O ki qaldı evlərin qəzalı vəziyyətdə olmasına, o bina qəzalı evlər siyahısındadır və növbə çatdıqda təmir-bərpa işləri aparılacaq".

Buna da bax:​ Mollakəndə yol çəkildi, amma yol dərdi bitmədi

Qurumdan bildirilib ki, sakinlər bir qədər səbirli olsalar, köhnə evin yerində tikiləcəyi gözlənilən yeni, hər cür şəraiti olan binada yaşayacaqlar.

XS
SM
MD
LG