Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:59

Çində ilk koronavirus həyəcanı qaldıran həkim elə bu virusdan ölüb


Uhan stadionlarından birində
Uhan stadionlarından birində

Xəbər verilir ki, Çinin Uhan şəhərində yeni tip koronovirusun təhlükəsi barədə ilk xəbərdarlığı vermiş həkim Li Venlyan elə həmin virusdan ölüb.

Fevralın 6-da bu barədə ziddiyyətli xəbərlər yayılırdı. Ölüm xəbərini verən Çin mənbələri sonradan xəbəri təkzib etmişdilər və yazırdılar ki, Venlyanın vəziyyəti kritikdir, lakin o süni tənəffüs cihazına bağlanıb.

Nəhayət elə həmin mənbələr həkimin hər halda fevralın 7-də yerli vaxtla 2:58-də (Bakı vaxtı ilə fevralın 6-da 22:58-də) vəfat etdiyinin rəsmən təsdiqləndiyini bildiriblər.

BBC Çin mediasında adının çəkilməsini istəməyən mənbələrə əsasən xəbər verir ki, məlumat hakimiyyət orqanlarının təzyiqi altında ləngidilirdi.

Dünya mediası xəbər verir ki, ixtisasca oftalmoloq olan bu həkim təhlükə haqqında artıq dekabrın sonlarında xəbərdarlıq etmişdi.

Li Vyenlan virusun ilk dəfə yayıldığı Uhan şəhərinin mərkəzi xəstəxanasında işləyirdi.

2019-cu ilin 30 dekabrında Venlyan bu virusa yoluxmuş pasientlər barədə həmkarlarına məlumat vermiş və onlara qoruyucu paltar geyinməyi məsləhət görmüşdü.

“Asayişin pozulması”

Bundan dörd gün sonra ona polis idarəsindən baş çəkmiş və hay-küy qaldırmamağı tələb etmişdilər.

İctimai Təhlükəsizlik Bürosu həkimə bundan sonra “saxta məlumat” yaymayacağına dair məktub imzalatmışdı.

Büro onun “asayişi ciddi şəkildə” pozduğunu demişdi.

Lakin o tək deyildi. Polis “şayiə yaymaları” ilə bağlı daha 8 nəfərə xəbərdarlıq etmişdi.

Belə görünürdü ki, hakimiyyət orqanları virus barədə məlumatları məxfi saxlamaq istəyir.

Hakimiyyət orqanları sonradan Li Vyenlandan üzr istəmişdi.

Lakin Li Vyenlan düz bir aydan sonra Çinin Weibo sosial media platformasına artıq xəstəxana çarpayısından daha bir post yerləşdirmişdi.

O yazırdı ki, yanvarın 10-da öskürməyə başlayıb, ikinci gün qızdırması qalxıb və iki gün sonra isə yatağa düşüb.

Ona koronavirus diaqnozu yanvarın 30-da qoyulmuşdu.

Doktor Li bildirirdi ki, 2003-cü ildə yayılmış SARS virusuna bənzər yeni tip virusa yoluxmuş 7 pasienti müayinə edib.

Ali Məhkəmə: Doktor Liyə inanmaq lazım idi

Çinin Ali Məhkəməsi ölkədə bu virusa mindən artıq adam yoluxduqdan sonra polisin hərəkətlərini pisləyən qərar çıxarıb.

Qərarda bildirilir ki, doktor Li Vyenlana inanmaq lazım idi.

Çinin Uhan şəhərində naməlum pnevmoniya barədə ilk məlumatlar ötən ilin dekabrında yayılmışdı.

Lakin Çinin hakimiyyət orqanları bir neçə həftə ərzində tədbirlər görmək əvəzinə informasiyanı cidd-cəhdlə gizlətməyə çalışmışdı.

Çinin sosial media şəbəkəsinin istifadəçiləri Doktor Linin ölümü ilə bağlı kədərli postlar yazırlar.

Dövlətin nəzarətində olan People's Daily isə göndərdiyi tvitdə doktor Linin ölümünü “milli matəm” adlandırır.

XS
SM
MD
LG