Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:52

«Azadlıq» Radiosunun Naxçıvan müxbirləri döyülüb <img src="/img/icon-photogallary.gif" border=0 />


«Bizi bura kənd ağsaqqalları problemlərə görə çağırmışdılar»
«Bizi bura kənd ağsaqqalları problemlərə görə çağırmışdılar»
«Azadlıq» radiosunun Naxçıvan müxbirləri Məlahət Nəsibova və İlqar Nəsibov təzyiqlərə məruz qalıb.
Avqustun 27-də Naxçıvanın Nehrəm kəndində yerli sakinlərlə polis arasında qarşıdurmanı işıqlandıran müxbirlər mülki geyimli şəxslər tərəfindən döyülüblər.
Məlahət Nəsibova: «Bizi bura kənd ağsaqqalları problemlərə görə çağırmışdılar. Bu gün səhər Babək rayon polisinin nümayəndələri Nehrəmdə olub və sakinlərə deyiblər ki, kəndin mərkəzindən kənara çıxmasınlar. Camaatla görüşdük, şəkillərini çəkdik, səslərini yazdıq. Bundan sonra əllərində press-kart tutmuş mülki geyimli şəxslər üstümüzə hücum edib mikrafonları əlimizdən aldılar və sındırdılar. Polis də bu hadisələrə seyrçi qaldı».
Məlahət Nəsibova deyir ki, İlqar Nəsibov sifətindən xəsarət alıb:
«Bizi təhqir etdilər, dedilər ki, kənddəki problemləri işıqlandırmayın. Vəziyyət çox ağırdı, sabah nə olacağını bilmirik».
M.Nəsibova deyir ki, polislə sakinlərin qarşıdurmasına səbəb kənd sakinlərinin 2-2, 3-3 gəzmək qadağasını pozması olub.
Nehrəm sakinləri isə «Azadlıq» radiosuna bildiriblər ki, kənd sakinləri həmişəki kimi, Cin bazarına toplaşıblar. Polis isə onları dağıdıb, deyib ki, evlərində otursalar yaxşıdır.
«Bizi ağsaqqallar Nehrəmə dəvət etmişdilər»
Babək polisi nehrəmlilərə kəndin mərkəzindən kənara çıxmamağı əmr edib
Jurnalistlərə hücum edən
Jurnalistlərə hücum edən
Jurnalistlərə hücum edən
«Mülki geyimlilər bizi döysələr də, polislər hadisə yerini tərk etdilər»

XS
SM
MD
LG