Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Azərbaycan ABŞ-la siyasətinə yenidən baxa bilər


«ABŞ Azərbaycana qarşı strateji müttəfiqlik siyasəti yürütmür».

Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Reuters» agentliyinə müsahibəsində deyib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan da bu səbəbdən ABŞ-la bağlı siyasətinə yenidən baxa bilər.

O bildirib ki, Birləşmiş Ştatlar yalnız iqtisadi böhranın öhdəsindən gəlmək üçün Ermənistana necə yardım etməyi düşünməməlidir.

O hesab edir ki, Vaşinqton ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olunmasına çalışmalıdır.

Əli Həsənov Azərbaycanın ABŞ-la birlikdə çoxsaylı transmilli enerji layihələrində iştirakını da xatırladıb.
XS
SM
MD
LG