Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:25

Media Hüququ İnstitutunun koordinatoru polisə çağırılıb


Xalid Ağaliyev
Xalid Ağaliyev
Media Hüququ İnstitutunun proqramlar üzrə koordinatoru Xalid Ağaliyev iyulun 21-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Xalid Ağaliyev AzadlıqRadiosuna bildirib ki, idarədə o, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və Bakı Şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb:

«İdarədə məndən Media Hüququ İnstitutunun 2010-cu ilin birinci yarısında medianın durumunu əks etdirən hesabatıyla bağlı ətraflı məlumat aldılar. Bildirdilər ki, bu hesabatla tanış olublar və faktları diqqətlə araşdırıblar. Xüsusən jurnalistlərə basqılarla bağlı statistik göstəricilərin yuxarı olmasından narahatlıqlarını ifadə etdilər».

X.Ağaliyev deyir ki, görüşdə ona bu hesabatların xaricdə Azərbaycanın imicinə təsir göstərən sənədlər olduğunu və bu baxımdan hesabatları hazırlanmasında diqqətli olmağı məsləhət görüblər.

Xalid Ağaliyev deyir ki, Bakı Şəhər prokurorunun müavini Fazil Həsənəliyev hesabatda əksini tapan bütün faktların araşdırılacağını və lazımi tədbirlər görüləcəyini bildirib.

Media Hüququ İnstitutu iyulun 20-də Azərbaycanda medianın hüquqi durumu ilə bağlı yarımillik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, 2010-cu ilin birinci yarısında məmurlar, ictimai fiqurlar tənqidi mövqeyi ilə seçilən qəzetlərə qarşı xüsusi ittiham qaydasında 26 məhkəmə davası açıblar. Tənqidçi media nümayəndələri olan 29 jurnalistə ağır cəza verilməsi tələb edilib. Jurnalistlərə 14 dəfə cinayət cəzası verilib. Ötən 6 ayda əsasən tənqidçi media nümayəndələri ümumilikdə 57 dəfə fiziki basqıya məruz qalıblar.
XS
SM
MD
LG