Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:17

Azərbaycan Avronestdən çıxır

Sentyabrın 14-də Azərbaycan Milli Məclisi növbədənkənar xüsusi plenar iclas keçirib.

Məqsəd Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsinin müzakirəsi idi.

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə Azərbaycandakı siyasi məhbusların buraxılması tələb olunur. Siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağan olunması və Əliyevlərin adı hallandığı korrupsiya məsələlərinin araşdırılması da gündəmə gətirilir.

Canlı bloqun postları ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Bloqunda sonunda «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

21:06 14.9.2015

19:46 14.9.2015

Azərbaycan Avronestdə iştirakına son qoyur

Milli Məclis Avropa Parlamentinin tənqidi qətnaməsinə cavab sənədi qəbul edib (APA).

Sənəddə qətnamə qərəzli adlandırılır və bildirilir ki, bununla Azərbaycanın təcrid olunmasına cəhd edilir:

"Ötən ilin sentyabrından bu qurum yeni tərkibdə fəaliyyətə başladığı vaxtdan Azərbaycanla qurum arasında hər hansı dialoqun baş tutması bu təşkilatın bəzi üzvlərinin, o cümlədən sədrinin günahı ucbatından mümkün olmayıb. Avropa Parlamentinin deputatlarının, sədrinin Azərbaycana səfərinə təşkilat tərəfindən qeyri-rəsmi qadağa qoyulub”.

Qəbul edilən qərarda deyilir ki, "Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;

Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".

Avronest parlamentlərarası forumdur. Burada Avropa Parlamentinin və Ukrayna, Belarus, Azərbaycan, Ermənistan, Moldova və Gürcüstan parlamentlərinin üzvləri iştirak edirdilər. ATƏT-in saxta saydığı parlament seçkilərindən sonra Belarusun Avronestdə iştirakı dayandırılmışdı.

19:24 14.9.2015

Oqtay Əsədov avropalıları korrupsiyada suçladı

Oqtay Əsədov avropalı deputatları korrupsiyada suçladı
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Müzakirələr zamanı spiker Oqtay Əsədov deyib ki, Azərbaycan əleyhinə qətnamə həm də ermənilərin işidir. (Dinlə)

Gözlə

No media source currently available

0:00 0:00:42 0:00
Direct-ə keçid

14:49 14.9.2015

«Avropa Parlamenti ilə işləmək lazımdır»

Vahid Əhmədov.
Vahid Əhmədov.

Müzakirələr zamanı deputat Vahid Əhmədov qeyd edib ki, Avropa Parlamenti Avropa dövlətləri demək deyil: «Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var. Mən hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. Xüsusilə Azərbaycanın əleyhinə olan qüvvələrlə işləri daha da genişləndirmək lazımdır».

Deputatın çıxışına spiker Oqtay Əsədov reaksiya verib. «Biz demirik ki, Avropayla əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Martin Schulz Avropa Oyunları ərəfəsində göstəriş vermişdi ki, Azərbaycana rəsmi ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər». /Qafqazinfo/

Davamı

XS
SM
MD
LG